SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Bakıda yağıntının miqdarı normanı 3 dəfəyədək aşır

Bakıda yağıntının miqdarı normanı 3 dəfəyədək aşır

  • 27 mart 2026, 23:49
Bakı

Ölkə ərazisində intensiv yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən Yurd.Media-ya bildirilib ki, dağlıq ərazilərə qar yağır.

Hazırda Bakıda və Abşeron yarımadasında intensiv və güclü yağış yağır. Yağıntının miqdarı 58 mm qeydə alınır ki, bu da aylıq normanın 247 %-ni təşkil edir.

Martın 28-i gün ərzində də yağıntının davam edəcəyi, bəzi yerlərdə intensiv xarakterli olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma hallarının davam edəcəyi gözlənilir. Martın 29-da gündüz saatlarından yağıntılar tədricən kəsiləcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları