SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Bakıda sahilə yayılmış neft tullantılarını könüllülər təmizlədi - FOTO

Bakıda sahilə yayılmış neft tullantılarını könüllülər təmizlədi - FOTO

  • 24 iyun 2026, 21:49

Bakıda sahilə yayılmış neft tullantılarını könüllülər təmizlədi.

Yurd.Media xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Dübəndi yaşayış sahəsində təmizlik aksiyası təşkil edilib.

IDEA İctimai Birliyinin təşkilatçılığı və Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə keçirilən aksiya çərçivəsində sahilboyu əraziyə yayılmış neft tullantılarının və neftlə çirklənmiş qalıqların təmizlənməsi işləri davam etdirilib.

İştirakçıların sağlamlığının və təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması məqsədilə aksiya öncəsi onlara neft tullantıları ilə davranış, fərdi mühafizə vasitələrindən düzgün istifadə və fövqəladə hallarda görüləcək tədbirlərlə bağlı ətraflı təlimat verilib.

Aksiya nəticəsində toplanan neft tullantıları zərərsizləşdirilməsi məqsədilə müvafiq qaydada təhvil verilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları