SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Bakıda güclü külək fəsadları: ağaclar avtomobillərə və yol hərəkətinə ziyan vurub

Bakıda güclü külək fəsadları: ağaclar avtomobillərə və yol hərəkətinə ziyan vurub

Bakı

Bakıda ötən gündən etibarən təsirini göstərən güclü külək paytaxtın bir neçə rayonunda ciddi fəsadlara yol açıb.

Yurd.Media İTV-yə istinadən xəbər verir ki, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində güclü küləyin aşırdığı ağac avtomobil yolunu bağlayıb. Hadisə nəticəsində nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb, yol tamamilə dayanıb.

Analoji hadisə Nəsimi rayonunda da qeydə alınıb. Burada da güclü külək ağacı aşırıb, nəticədə bir neçə avtomobilə ciddi ziyan dəyib və yol tamamilə bağlanıb.

Qeyd edək ki, güclü külək Bakıda ötən gündən başlayaraq əsir və sabaha qədər davam edəcəyi gözlənilir. Fövqəladə Hallar Nazirliyi və aidiyyəti qurumlar vətəndaşları ehtiyatlı olmağa çağırır.

Prime Leasing