SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Bakıda göl quruyur, yerində evlər tikilir - FOTO

Bakıda göl quruyur, yerində evlər tikilir - FOTO

  • 24 noyabr 2025, 21:04

Bakıda göl quruyur, yerində evlər tikilir.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Bakının Sabunçu rayonunda yerləşən Zabrat gölü son illərdə sürətlə quruyub.

XXI əsrin əvvəllərindən başlayaraq gölün ciddi şəkildə quruduğu müşahidə edilir.

Son illərin göstəricilərinə nəzər yetirdikdə isə gölün quruyan hissələrində tikinti işlərinin həyata keçirildiyi, fərdi yaşayış evlərinin inşa edildiyi və məskunlaşma aparıldığının şahidi oluruq.

Qeyd edək ki, Zabrat gölü əsasən atmosfer yağıntılarının, bir qədər isə qrunt sularının hesabına qidalanır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları