SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Azərbaycanda 1 həftəyə yaxın qarlı, yağıntılı hava olacaq

Azərbaycanda 1 həftəyə yaxın qarlı, yağıntılı hava olacaq

  • 15 yanvar 2026, 21:16

Azərbaycan ərazisində 1 həftəyə yaxın davam edəcək yağıntılı hava gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Yurd.Media-ya bildirilib ki, yanvarın 17-si gündüzdən 22-dək ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi ərazilərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir.

Bildirilib ki, yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Bu müddət ərzində Bakıda və Abşeron yarımadasında da havanın yağıntılı olacağı və yağıntıların sulu qara keçəcəyi gözlənilir.

"Havanın temperaturu ölkə ərazisində ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enərək, minimal temperatur Bakıda və Abşeron yarımadasında 0-2 dərəcə isti, dağətəyi rayonlarda 3 dərəcəyədək, dağlıq rayonlarda 5-10, yüksək dağlıq ərazilərdə isə 15-20 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda bəzi yollar buz bağlayacaq", - G.Abbasova qeyd edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları