SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Azərbaycan təbiətinə daha 11 ceyran buraxılıb

Azərbaycan təbiətinə daha 11 ceyran buraxılıb

  • 03 oktyabr 2025, 18:53
Samux

Azərbaycan təbiətinə daha 11 ceyran buraxılıb.

Yurd.Media xəbər verir ki, ceyranlar "Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsi çərçivəsində yeni yaradılmış Axar-Baxar Milli Parkının Acınohur çölünə buraxılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və Ümumdünya Təbiət Fondunun (WWF) dəstəyi ilə 2010-cu ildən başlanılmış bu layihə çərçivəsində bugünədək Şirvan Milli Parkından 407 baş ceyran götürülərək müxtəlif ərazilərə reintroduksiya olunub.

"Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parklarının yaradılması haqqında" 14 iyul 2025-ci il tarixli Sərəncamı ilə Qax, Samux və Yevlax rayonlarının ərazisində 23901,99 ha sahədə Axar-Baxar Milli Parkı, Qax və Zaqatala rayonlarının ərazisində 13 966 ha sahədə isə İlisu Milli Parkı yaradılıb".

Xidmət rəsmisi onu da qeyd edib ki, 2024-cü ildə həyata keçirilən məməli heyvanların payız sayğısı zamanı Acınohur çölündə 500 başdan çox ceyran qeydə alınıb.

Prime Leasing