SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Ağaclarını kəsib ev tikmək istəyən şəxslə bağlı araşdırmalar başlanılıb - VİDEO

Ağaclarını kəsib ev tikmək istəyən şəxslə bağlı araşdırmalar başlanılıb - VİDEO

  • 13 avqust 2026, 20:59
Quba

Qubanın Qəçrəş kəndində əvvəllər sıx meşəlik olan ərazidə indi ağacların kəsilməsi nəticəsində mənzərə tamamilə dəyişib.

Yurd.Media xəbər verir ki, iddiaya görə, ərazidə meyvə ağacları da olub.

Ərazinin sahibi Kamil Güləliyev "Xəzər Xəbər"ə bildirib ki, adıgedən ərazi onun şəxsi mülkiyyətidir və çıxarışı var. Onun sözlərinə görə, ərazidə meyvə ağacları olub və ev tikmək üçün kəsilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Quba-Qəçrəş yolunun Qudyalçay sahilində ağacların kəsilməsi faktı nazirliyin regional qurumlarının əməkdaşları tərəfindən aşkar edilib, sözügüdən ərazinin meşə fonduna aid olmayan seyrək ərazi olduğu müəyyənləşdirilib.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan isə bildirilib ki, Qəçreş kəndi ərazisində ağackəsmə faktı ilə bağlı rayon polis şöbəsində prosessual araşdırmalara başlanılıb.

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Daha ətraflı videomaterialı təqdim edirik.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları