SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Şadlıq sarayı qiymətindən 2 milyon ucuza satışa qoyuldu

Şadlıq sarayı qiymətindən 2 milyon ucuza satışa qoyuldu

  • 05 avqust 2026, 17:15
Lənkəran

Şadlıq sarayı bazar qiymətindən 2 milyon ucuza satışa qoyulub.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Lənkəran rayonunun Gərmətük qəsəbəsində yerləşən şadlıq sarayı satışa çıxarılıb.

Bu, "Əzizə" şadlıq sarayının yerləşdiyi obyektdir.

Əmlaka 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi daxildir.

Daşınar əşyalarla birlikdə satışa çıxarılan əmlakın ilkin (bazar) qiyməti 5 milyon 377 min manat müəyyən edilsə də, hazırkı hərrac qiyməti 3 milyon 495 min 50 manat təşkil edir.

Bu məbləğ əmlakın minimum satış qiymətinə, yəni bazar dəyərinin 65 faizinə uyğundur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları