SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Problemli internet provayderlərin adları açıqlanıb - RƏSMİ

Problemli internet provayderlərin adları açıqlanıb - RƏSMİ

  • 14 oktyabr 2025, 17:15

Azərbaycanda problemli internet provayderlərin adları açıqlanıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Yurd.Media-ya bildirilib ki, 16 şirkət üzrə hazırlanan hesabata əsasən, şikayət indeksi ən yüksək olan provayderlər “UPLINK” MMC (7.27), “SELNET” MMC (3.84), “KONNEKT” QSC (3.41), “GSP” MMC (3.38), “MEGALİNK” MMC (2.91) olub.

Ortalama cavablandırma müddətinin çox olmasına görə isə, ilk beşlikdə ardıcıl olaraq “AG TELEKOM” MMC (10 gün), “BEEONLINE” ASC (9 gün), “MEGALİNK” MMC (9 gün), “AZOTEL” MMC (8 gün) və “UNINET” MMC (8 gün) qərarlaşıb.

Qeyd edək ki, şikayət indeksi müştəri məmnuniyyətini ölçmək üçün istifadə edilən bir göstəricidir. Bu, müştərilərin bir məhsul və ya xidmətdən hansı səviyyədə razı qaldıqlarını göstərir. Şikayət indeksinin yüksək olması müştəri məmnuniyyətinin az olduğunu, aşağı olmasıisə müştəri məmnuniyyətinin daha yüksək olduğunu bildirir.

Prime Leasing
SPE Annual Caspian