“Optimal Elektronika” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vergi orqanlarına külli miqdarda borcu var.
Yurd.Media xəbər verir ki, 11 milyon manat nizamnamə kapitalı olan şirkətin hazırda 27,2 min manat vergi borcu yığılıb.
Qeyd edək ki, Azərbaycanda məişət texnikası və elektronika avadanlıqlarının satışı ilə məşğul olan “Optimal Electronika” MMC 2013-cü ildə yaranıb. Şirkətin təsisçisi və baş direktoru Əhəd Əsgərovdur.