Ödəniş təşkilatı olan “Fizza Pay” MMC-nin rəhbər vəzifəsində dəyişiklik edib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətdə rəhbər vəzifəsinə Orxan Mirzəməmmədlinin əvəzinə Azad Dursunovu təyin edilib.
Xatırladaq ki, fevralın əvvəlində "Fizza Pay" MMC nizamnamə kapitalını 45 min manat və ya 7,5% artıraraq 645 min manata çatdırıb.
Qeyd edək ki, “Fizza Pay” MMC 2019-cu ildə təsis edilib, 28 avqust 2024-cü il tarixində Azərbaycan Mərkəzi Bankı tərəfindən verilmiş ÖT-007 nömrəli lisenziya əsasında fəaliyyət göstərir.