SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
“Kontakt Home” 8 milyon manata yaxın borcun içində üzür

“Kontakt Home” 8 milyon manata yaxın borcun içində "üzür"

  • 27 oktyabr 2025, 15:29

“ABC-Telecom” şirkətinin milyonlarla manat borcu olduğu açıqlanıb.

Yurd.Media xəbər verir ki, “Kontakt Home” əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən şirkətin 8 milyon manata yaxın vergi borcu var.

Yurd.Media xəbər verir ki, bu barədə kommersiya qurumlarının dövlət reyestri bazasından məlumat əldə edib.

Məlumata görə, “ABC-Telecom”un Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcu 7 672 122.25 manat təşkil edir.

Qeyd edək ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulur. 

Xatırladaq ki, “ABC-Telecom” 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi və “Kontakt” mağazalar şəbəkəsinin baş direktoru Həsən İsrafilzadədir. /İqtisadiyyat.az

Prime Leasing
SPE Annual Caspian