SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
İdeal Kredit BOKT-a yeni təsisçi gəlib

"İdeal Kredit" BOKT-a yeni təsisçi gəlib

  • 04 noyabr 2025, 13:38

"İdeal Kredit" MMC bank olmayan kredit təşkilatının (BOKT) təsis paylarının 25 %-nə nəzarət edən Xuraman Qubadova payını kənar investora - Eldar Hüseynova ötürüb.

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində bildirilir.

Məlumata əsasən, yeni təsisçi həm də təsis paylarının 75 %-nə nəzarət edən Qubad Qubadovun (direktor) payının 25 %-ni əldə edib.

Beləliklə, onların hər biri BOKT-da 50 % paya malik olub.

"İdeal Kredit" 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 647 min manatdır.

Prime Leasing
SPE Annual Caspian