“Güvən Ticarət” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda vergi borcu yaranıb.
Yurd.Media xəbər verir ki, şirkətin vergi sistemində 437 min manat vergi borcunun olduğu üzə çıxıb.
Qeyd edək ki, ötən illərdə də MMC-nin borcu yaranıb lakin belə böyük həcmə çatmamışdı. Şirkət artıq riskli vergi ödəyiciləri siyahısına daxil edilib.
Xatırladaq ki, “Güvən Ticarət” MMC 2024-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat təşkil edən şirkətin direktoru Mahmud Rüstəmovdur.