Bir sıra irihəcmli tenderlərin qalibi olan "Agah” şirkətlər qrupu işçilərin maaşını verməkdə çətinliklə üzləşib.
Yurd.Media xəbər verir ki, "Xəzər Xəbər"ə şikayət edən şəxslər bildirirlər ki, işlərini bir neçə ay əvvəl təhvil versələr də, aylardır şirkətdən əməkhaqqını ala bilmirlər.
Onların iddiasına görə, şirkət 50-yə yaxın işçinin maaşını ödəmir. Dəfələrlə şirkət rəhbərliyi ilə görüşsələr də, problem həll olunmayıb və vəziyyət dəyişməz olaraq qalır. Şikayətçilər deyirlər ki, maaşların verilməməsi ilə bağlı onlara müxtəlif səbəblər göstərilir.
Problemlə bağlı açıqlama verən "Agah” şirkətlər qrupunun nümayəndəsi bir müddətdir ki, maaşların verilmədiyini təsdiqləyib. Lakin problemin onlardan qaynaqlanmadığı bildirib.
Şirkət nümayəndəsi həmçinin onu da əlavə edib ki, çalışdıqları müəssisə onlara ödəniş edən kimi işçilərin hər birinin əməkhaqqı ödəniləcək.