SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Emin Ağalarov: “Sea Breeze” üzrə məqsədimizin 10-15%-i həyata keçirilib

Emin Ağalarov: “Sea Breeze” üzrə məqsədimizin 10-15%-i həyata keçirilib

  • 26 sentyabr 2026, 17:02

Hazırda 18 kvadratkilometr ərazini əhatə edən “Sea Breeze” layihəsinin inkişafı üzrə nəzərdə tutulan işlərin təxminən 10–15 faizini həyata keçirə bilmişik.

Yurd.Media xəbər verir ki, bu barədə “Sea Breeze”in sahibi və təsisçisi Emin Ağalarov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda panel müzakirəsi zamanı deyib.

O qeyd edib ki, hazırda 5 000-dən çox kvadratmetr sahədə tikinti işləri gedir:

“Düşünürük ki, “Sea Breeze” artıq beynəlxalq investisiya xəritəsində öz yerini tutub.

Bunu bu forum çərçivəsində də görmək mümkündür. Bir çox beynəlxalq investisiya fondları Azərbaycanın müxtəlif ərazilərinə investisiya imkanlarını nəzərdən keçirir.

“Sea Breeze” nəzərdən keçirilməlidir və gələcəyi ola biləcək layihələr üzrə ilk 10-luqda yer alır.

Azərbaycan brendli yaşayış kompleksləri üçün hazırdır və bu gün istənilən brendin bizim layihəmizə inteqrasiyası mümkündür.

İndiyədək müxtəlif brendlərlə təxminən 20 müqavilə imzalamışıq və bu siyahını genişləndirməkdə davam edirik”.

Skat.az - Ev və Avtomobil elanları