SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
“Effektinvest” BOKT-un xalis mənfəəti 30 dəfəyə yaxın azalıb

“Effektinvest” BOKT-un xalis mənfəəti 30 dəfəyə yaxın azalıb

  • 12 avqust 2025, 16:24

“Effektinvest” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin I yarısının yekunları ilə bağlı maliyyə hesabatını açıqlayıb.

Yurd.Media xəbər verir ki, BOKT yanvar-iyun aylarında təxminən 3 min manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,1 dəfə azdır.

Bu il iyulun əvvəlinə “Effektinvest”in aktivləri 3,4 milyon manat (1 il əvvələ nisbətən 35,4% çox), o cümlədən kredit portfeli 2,9 milyon manat (78,8% çox) təşkil edib.

BOKT-un öhdəlikləri 2 milyon manat (59,7% çox), balans kapitalı isə 1,4 milyon manat (10,9% çox), o cümlədən nizamnamə kapitalı 1 milyon manat (2% çox) olub.

Prime Leasing