SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Bakıda tanımış şirkəti məhkəmə cərimələdi

Bakıda tanımış şirkəti məhkəmə cərimələdi

  • 29 yanvar 2026, 11:44

“TEZ LOGİSTİCS” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) işçinin qanunsuz işdən çıxarılması müəyyən edilib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, işdən azad olunan şəxs MMC-yə qarşı “əmək haqqı və kompensasiya” tələbinə dair ərizə ilə Səbail Rayon Məhkəməsinə müraciət edib.

O, 4578 manat məbləğində ödənilməmiş əmək haqqının, gecikdirilmiş əmək haqqına görə hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində pul vəsaitinin, ödənilməmiş son haqq-hesabın, ödənilmiş 60 manat mediasiya xərcinin MMC-dən tutulmasını məhkəmədən xahiş edib.

Məhkəmə iddianı təmin edib.

Qeyd edək ki, “TEZ logistics MMC” 2021-ci ildə təsis edilib. Şirkət qlobal nəqliyyat və layihə logistikası dünyasında fərdiləşdirilmiş həllər təklif edir,  avtomobil, dəmir yolu, dəniz və hava nəqliyyatı ilə daşınmalar həyata keçirir. Şirkətin rəhbəri Murad Hüseynovdur. 

“TEZ logistics MMC” rəhbəri Murad Hüseynov“TEZ logistics MMC” rəhbəri Murad Hüseynov

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları