Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin yekunları ilə bağlı sığorta icmalını açıqlayıb.
Yurd.Media xəbər verir ki, sənədə əsasən, ötən il yerli sığorta şirkətləri 1 504,7 milyon manat sığorta haqqı toplayıb, 920,4 milyon manat sığorta ödənişi edib.
Bunlar, əvvəlki illə müqayisədə müvafiq olaraq 11,2% və 22,3% çoxdur.
2025-ci ildə sığorta bazarında toplanılmış hər 100 manat sığorta haqqının 61,2 manatı ödəniş edilib. 2024-cü ildə bu göstərici 55,6 manat olub.