Olimpiya mərkəzləri biznesmenlərə icarəyə verilməlidir.
Bu fikirləri deputat Razi Nurullayev Yurd.Media-nın baş redaktoru Murad Əliyevin təqdimatında “Yurddaş” verilişində müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, olimpiya obyektlərinin hamısına biznes obyekti kimi yanaşmaq lazımdır:
"Biz həmçinin kasıb insanlarımızı unutmalı deyilik, onlara güzəşt edilməlidir. Müəyyən güzəştlər daxilində və ya tamamilə pulsuz olimpiya mərkəzlərində məşqlər etməlidirlər".
Millət vəkili hesab edir ki, müxtəlif təşkilatlarla əlaqələr qurularaq konfranslar, tədbirlər, biznes tədbirləri olimpiya mərkəzlərində keçirilməlidir:
"Əslində dövlət bu barədə onlara şərait yaradıb. Bunun üçün də biznes təfəkkürü lazımdır".