Bakıda fəaliyyət göstərən "Cinema Plaza" hotelinin külli miqdarda vergi borcu üzə çıxıb.
Yurd.Media xəbər verir ki, vergi sistemində şirkətin 135,7 min manat vergi borcunun olduğu göstərilir.
Bakıda Səməd Vurğun küçəsi 183 ünvanında yerləşən "Cinema Plaza" Məhdud Məsuliyyətli Cəmiyyət 2021-ci ildən fəaliyyət göstərir. Direktoru Nəsimi Tağıyevdir.
Beşulduzlu hotelin 55 nömrəsi mövcuddur, restoran və SPA mərkəzi mövcuddur.
