“Azərmaş Group” MMC 10 milyon manatlıq istiqraz yerləşdirməyi planlaşdırır.
Bu barədə Yurd.Media-ya şirkətdəki mənbə bildirib.
Məlumata görə, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 10 min ədəd istiqrazdan gedir.
Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. İstiqrazların illik faiz dərəcəsi, faizlərin ödənilmə tezliyi və emissiyanın anderrayteri hələ açıqlanmır.
“Azərmaş Group” Neftçala və Hacıqabul sənaye məhəllələrində İran və Rusiya şirkətləri ilə birlikdə müxtəlif markalı avtomobillərin yığımı ilə məşğuldur.