SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Qaxda KOB Dostundan 15 milyon manatdan artıq güzəştli kreditin alınmasına dəstək

Qaxda "KOB Dostu"ndan 15 milyon manatdan artıq güzəştli kreditin alınmasına dəstək

Qax

Qax rayonunda "KOB Dostu" ofisi 15 milyon manatdan artıq güzəştli kredit əlçatanlığının təmin olunması üçün müvafiq əlaqələndirmə və dəstək tədbirləri həyata keçirib.

Yurd.Media xəbər verir ki, rayonda arıçılıq sahəsində fəaliyyət göstərən 12 sahibkarlıq subyektinin brendləşmə prosesinə birbaşa dəstək verilib və onlardan 4-nün məhsullarının iri supermarket şəbəkələrinə çıxışı, habelə yerli və xarici sərgilərdə aktiv iştirakı təmin edilib.

"Sarı Pətək" bal brendinin Əqli Mülkiyyət Agentliyindən müvafiq sertifikat alması, "Qurubəy" MMC və "Boss Life" MMC-nin biznes əlaqələrinin qurulması, həmçinin "Uluagro" MMC-nin İnvestisiya təşviqi sənədini əldə etməsi istiqamətində ofis tərəfindən birbaşa institusional dəstək göstərilib.

Eyni zamanda, sosial sahibkarlığın və qadın məşğulluğunun artırılması məqsədilə müxtəlif donor təşkilatları ilə birgə layihələr icra olunub. Bu əməkdaşlıq çərçivəsində 20-dən çox qadın sahibkarın maliyyə və avadanlıqla təmin olunmasına nail olunmuş, nəticədə rayonda 16 yeni xidmət və ictimai iaşə obyekti fəaliyyətə başlamışdır. Bundan əlavə, KOBİA-nın qrant müsabiqələri üzrə 8 layihə icra edilmiş və onlardan biri təxminən 20 min manat məbləğində qrant qazanaraq uğurla reallaşdırılmışdır.

Aqroturizmin inkişafına yönəlmiş "Şəhərdən Kəndə" layihəsi üzrə hazırda 2 sahibkara dəstək göstərilir və bu sahədə 20-yə yaxın yeni layihənin işlənilməsi davam etdirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları