SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Azərbaycanda elektron pul təşkilatı nizamnamə kapitalını 500 min manat artırdı

Azərbaycanda elektron pul təşkilatı nizamnamə kapitalını 500 min manat artırdı

"Baku Pay" MMC elektron pul təşkilatının nizamnamə kapitalı artırıldı.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin nizamnamə kapitalı 500 min manat artırılaraq 2,75 milyon manata çatdırılıb.

Əvvəl şirkətin nizamnamə kapitalı 2 250 010 manat təşkil edirdi.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı bu ilin əvvəlində “Baku Pay" MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib. Şirkət yaradılarkən cəmi 10 manat nizamnamə kapitalı vardı.

"Baku Pay"in rəhbəri Fuad Bağırovdur.

Prime Leasing