SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Avropadan gətirilən dondurma yarımfabrikatlarından metal qırıqları çıxdı - VİDEO

Avropadan gətirilən dondurma yarımfabrikatlarından metal qırıqları çıxdı - VİDEO

  • 03 noyabr 2025, 20:47

San-Marinodan gətirilən dondurma yarımfabrikatlarında metal qırıqları aşkar olundu.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Yurd.Media-ya bildirilib ki, ölkəyə gətirilmiş 480 kq dondurma istehlaka yararsız çıxıb və xüsusi poliqonda məhv edilib.

Bildirilib ki, Avropa İttifaqından San-Marino mənşəli "Special Frutta" əmtəə nişanlı dondurma istehsalı üçün nəzərdə tutulmuş yarımfabrikat məhsullarda metal qırıqlarının aşkar olunması barədə məlumat daxil olub.

Məlumata əsasən, AQTA həmin məhsulu ölkəyə idxal edən "Virtus Commerce" MMC-də mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq plandankənar yoxlama aparıb. Nəticədə müəssisəyə məxsus anbar sahəsində ümumilikdə 480 kiloqram dondurma istehsalı üçün yarımfabrikat məhsul aşkar edilib və bu məhsulların məhv edilməsi barədə qərar qəbul olunub.

Qeyd olunub ki, fiziki çirklənməyə məruz qalmış məhsulların məhv edilməsi "Təmiz Şəhər" ASC-nin Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda torpağa basdırılmaqla həyata keçirilib.

Prime Leasing
SPE Annual Caspian