2025-ci ildə Azərbaycanın audit bazarında Böyük 4-lük hesab olunan "Deloitte", "PricewaterhouseCoopers", "Ernst & Young" və KPMG şirkətlərinin payı məbləğ olaraq 59,6%, say olaraq isə 13,5% təşkil edib.
Bu barədə Yurd.Media-ya Auditorlar Palatasından bildirilib.
Məlumata görə, bunlar, 2024-cü illə müqayisədə müvafiq olaraq 4,5 faiz bəndi və 1,6 faiz bəndi azdır.