SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
“Adore vergi borcuna düşüb

“Adore" vergi borcuna düşüb

  • 23 oktyabr 2025, 17:09

Azərbaycand kosmetik vasitələrin satışını həyata keçirən məşhur “Adore" şirkətinin vergi borcu yaranıb.

Yurd.Media Valyuta.az-a istinadən xəbər verir ki, parfumeriya və kosmetika məhsullarının pərakəndə satışı ilə məşğul olan “Adore Kompani” MMC-nin 34 min 764 manat 64 qəpik məbləğində vergi borcu qeydə alınıb. 

Xatırladaq ki, MMC-nin 2024-cü il 17 sentyabr tarixində də, dövlət qarşısında 799 min 894 manat 90 qəpik məbləğində vergi borcu olub.

“Adore Kompani” MMC 2007-ci ilin 13 dekabr tarixində dövlət qeydiyyatına alınıb. Şirkət 2020-ci ilə qədər “İdeal Kompani” adı ilə fəaliyyət göstərib. 

Hazırda şirkətin nizamnamə kapitalı 100 min manat təşkil edir. Qanuni təmsilçisi isə Kamal Ramiz oğlu Abdullayevdir.

Prime Leasing