“AAA Construction” MMC-nin dövlət qarşısında külli miqdarda borcu olduğu kimi qalıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, hazırda şirkətin vergi borcu 653 792,44 manat təşkil edir. Bu borc həcmi bir il əvvəlki məbləğlə eynilik təşkil edir. Beləliklə, “AAA Construction” bir il ərzində dövlətə olan borcundan 1 manat da ödəməyib.
“AAA Construction” MMC 2018-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır, direktoru İlyas Əhmədovdur.
Şirkətin əsas fəaliyyət istiqaməti liftlərin, eskalatorların və onların ehtiyat hissələrinin satışı, təmiri və texniki xidmətidir.