SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Sudan qanunsuz istifadə edən market CƏRİMƏLƏNDİ

Sudan qanunsuz istifadə edən market CƏRİMƏLƏNDİ

  • 27 avqust 2026, 14:56
Gəncə

Gəncə şəhərində fəaliyyət göstərən “Star market”də sudan qanunsuz istifadə etməklə dövlətə külli miqdarda ziyan vurulub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, B.Məmmədov küçəsində yerləşən hərbi qulluqçular üçün inşa edilmiş binanın yanında fəaliyyət göstərən “Star market” adlı obyektə su təchizatı şəbəkəsindən qanunsuz olaraq gizli yolla boru ilə su xəttinin çəkilməsi faktı aşkar edilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Gəncə şəhər Sukanal İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə protokol tərtib edilib. 

Bundan əlavə olaraq ADSEA Xidmətinin regional şöbəsi haqqında icraat aparılan şəxsin inzibati xəta nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq 4104 manat məbləğində vəsaitin tutulması barədə qərar qəbul edilməsini xahiş edib.

Gəncə Şəhər Məhkəməsinin qərarı ilə “Star market” adlı obyektin sahibi 1000 manat cərimə edilib. 

Bundan başqa, 4104 manat məbləğində vəsaitin tutulması barədə vəsatət təmin edilməyib. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları