SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Sualtı Qala: Urartu sivilizasiyasının mühəndislik möcüzəsi

Sualtı Qala: Urartu sivilizasiyasının mühəndislik möcüzəsi

Türkiyənin Van gölünün dərinliklərində, arxeoloqlar tərəfindən 3 min illik qədim bir qala aşkar edilib.  

Yurd.Media xarici mətbuata istinadən xəbər verir ki, bu qala, Urartu sivilizasiyası dövrünə aiddir və suyun altında bu qədər yaxşı qorunub saxlanması alimləri təəccübləndirib. 

Qalanın divarları hələ də möhkəm şəkildə dayanır və tikinti texnikası o qədər dəqiqdir ki, müasir mühəndislər belə bu dəqiqliyə heyran qalır.  Qalanın tikintisində istifadə olunan daş bloklar, sanki lazerlə kəsilmiş kimi dəqiq yerləşdirilib. 

Arxeoloq Tahsin Ceylanın rəhbərlik etdiyi ekspedisiya nəticəsində aşkar olunan bu qala qədim dövrlərdə mühəndislik və memarlıq sahəsində yüksək biliklərin olduğunu göstərir. 

Qalanın suyun altında qalmasının səbəbi tektonik hərəkətlilik və ya göl səviyyəsinin dəyişməsi ola bilər.

Bu kəşf, qədim sivilizasiyaların texnoloji və mühəndislik sahəsində nə qədər inkişaf etmiş olduğunu bir daha sübut edir. 

Prime Leasing