SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
“Dünya gözəli” müsabiqəsinin qalibi müəyyənləşdi

“Dünya gözəli” müsabiqəsinin qalibi müəyyənləşdi

  • 01 iyun 2025, 08:49

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub.

Yurd.Media xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın Telanqana əyalətinin Heydərabad şəhərində keçirilib.

Artıq 72-ci dəfə keçirilən mötəbər şounun təşkilatçıları müsabiqənin finalını canlı yayımlayıb.

Tacı qalibə əvvəlki “dünya gözəli”, çexiyalı Kristina Pışkova təhvil verib.

Ümumilikdə müsabiqədə 108 ölkədən nümayəndə iştirak edib. Rusiya müsabiqədə təmsil olunmayıb.

Hindistan bundan əvvəl Mumbayda 2024-cü ildə "Miss World"ün finalına ev sahibliyi edib.

Prime Leasing