SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Serbiyada Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

Serbiyada Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

  • 18 sentyabr 2025, 21:06

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi və Milli Musiqi Günü münasibəti ilə onun Serbiyanın Novi Sad şəhərində ucaldılmış büstü önündə anım mərasimi keçirilib.

Yurd.Media xəbər verir ki, tədbirdə Serbiyadakı Səfirliyimizin əməkdaşları iştirak edib.

Tədbirin əvvəlində iştirakçılar tərəfindən dahi bəstəkarın ruhu bir dəqiqəlik sükutla yad edilib, büstü önünə əklil qoyulub.

Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfiri Kamil Xasiyev milli bəstəkarlıq məktəbinin, ilk milli opera və operettanın yaradıcısı, musiqişünas, publisist, dramaturq və pedaqoq, Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik Üzeyir Hacıbəylinin (1885-1948) Azərbaycan klassik musiqi tarixi və mədəniyyətində müstəsna xidmətlərindən bəhs edib. K.Xasiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzaladağını vurğulayıb.

Səfir 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə Üzeyir Hacıbəylinin 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərarı barədə xatırlayıb. 2009-cu ildə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən Üzeyir Hacıbəylinin adı verilən Beynəlxalq Musiqi Festivalının əsası qoyulduğunu diqqətə çatdırılıb.

Mərasimin sonunda xatirə şəkli çəkdirilib. 

Prime Leasing