SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Hikmət Hacıyev: Mərkəzi Asiya artıq 6 ölkə ilə təmsil olunur

Hikmət Hacıyev: "Mərkəzi Asiya artıq 6 ölkə ilə təmsil olunur"

  • 16 noyabr 2025, 14:23

"Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı kimi qəbul edilib".

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Mərkəzi Asiya Dövlət Başçılarının Qərarına əsasən Azərbaycan tamhüquqlu üzv qismində qəbul edildi. Qardaşlıq əlaqələrimiz və tarixi irsimiz siyasi/geosiyasi və geoiqtisadi birliyə çevrilir. Bu andan etibarən, Mərkəzi Asiya altı ölkə ilə təmsil olunur", - deyə o yazıb.

Paylaşımda Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı haqqında sənəd də təqdim olunub.

"Azərbaycan tərəfinin müraciəti nəzərdən keçirilərək, Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı qismində qəbul edilməsi qərara alınır", - deyə sənəddə yazılıb.

Prime Leasing
SPE Annual Caspian