Şahzadə Harri: “Ailəmlə barışmaq istəyirəm”

Şahzadə Harri: “Ailəmlə barışmaq istəyirəm”

Şahzadə Harri ailəsi ilə barışmaq istədiyini, onları bağışladığını, lakin 2023-cü ildə yazdığı xatirələrə görə ailəsinin onu bağışlamadığını bildirib.

Yurd.Media Sputnik Türkiyə-yə istinadən xəbər verir ki, ailəsi ilə baş verən problemlərdən sonra ABŞ-də yaşamağa başlayan şahzadə Harri məhkəmənin onatəyin etdiyi polis mühafizə səviyyəsini azaltma qərarından sonra BBC-yə açıqlama verib.

Şahzadə Harri ailəsi ilə münasibətindən belə danışıb:

"Bəzi ailə üzvlərimlə çoxlu fikir ayrılığım olub. Ailəmlə barışmaq istəyirəm. Mübarizəni davam etdirməyin mənası yoxdur. Həyat çox qiymətlidir. Atamın (Kral Çarlz) nə qədər ömrü qaldığını bilmirəm, amma bu qoruma məsələsinə görə mənimlə danışmayacaq. Barışmaq yaxşı olardı. Ailəmi İngiltərəyə təhlükəsiz şəkildə qaytarmağım mümkün deyil. Həyat yoldaşım və uşaqlarıma vətənimi göstərə bilməyəcəyim üçün kədərlənirəm".