SÜJET
Avro-Atlantika Azərbaycanlıları Tərəfdaşlıq Şurası (EAPCA) Xüsusi Mükafat sayılan “Şərəf Medalı” təsis edib.
Şuradan Yurd.Media-ya bildirilib ki, “Şərəf Medalı” EAPCA tərəfindən təsis edilmiş ən yüksək təltifdir və ictimai nüfuz, milli-mədəni xidmət və beynəlxalq etimadın göstəricisidir.
EAPCA Xüsusi Mükafatı təşkilatın 24 fevral 2024-cü il tarixində təsdiq olunmuş Nizamnaməsinin 11-ci maddəsinin 11-ci bəndinə əsasən və Baş katibin müvafiq qərarına əsasən təsis edilib.
Mükafat EAPCA tərəfindən seçilmiş fiziki və hüquqi şəxslərə Avro-Atlantik məkanda Azərbaycan diasporasının inkişafına, beynəlxalq əməkdaşlığa və ictimai fəaliyyətə verdikləri töhfəyə görə təqdim edilir.