SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Moskvadan Gəncəyə uçmalı olan reys niyə ləğv edilib ? - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Moskvadan Gəncəyə uçmalı olan reys niyə ləğv edilib ? - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

2025-ci il iyulun 20-də Moskvanın Vnukovo hava limanından Gəncə Beynəlxalq Hava Limanına “Utair” aviaşirkətinin nəzərdə tutulan uçuş aviadaşıyıcı tərəfindən ləğv edilib.

Bunu Yurd.Media-ya açıqlamasında Hava Limanlarının İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri Nərmin Xəlilova deyib. O, bildirib ki, bu qərar hava məkanında yaranmış məhdudiyyətlər və təhlükəsizlik səbəbilə qəbul olunub.

"Bu qərar, təyinat məntəqəsində hava məkanında yaranmış məhdudiyyətlər və təhlükəsizlik səbəbilə qəbul olunub. Sərnişinlərə yaranmış vəziyyətlə bağlı birbaşa “Utair” aviaşirkətinə müraciət etmələri tövsiyə olunur"

*** 13:37

Rusiyanın paytaxtı Moskvada yerləşən Vnukovo hava limanından Gəncə şəhərinə uçmalı olan reys 25 saatdır ki yubanır.

Yurd.Media xəbər verir ki, bu barədə Baku.ws-iə reyslə Azərbaycana gəlməli olan həmyerlilərimizdən biri məlumat verib.

O bildirib ki, "Utair" aviaşirkətinə məxsus, ötən gün saat 05:40-da havaya qalxmalı olan Moskva-Gəncə reysi 20 saata yaxın gecikib, daha sonra isə ləğv olunub. Hazırda sərnişinlər hava limanında qalırlar və onlara dəqiq məlumat verilmir:

"Bizə deyirlər ki, Gəncə sizi qəbul etmir. Ancaq bilirik ki, bu, yalan xəbərdir. Gəncə hava limanı ilə də danışdıq, oradan da deyildi ki, Moskva tərəfi sizi buraxmalıdır. Biz tərəfdən bir problem yoxdur. İndi də Vnukovodan deyirlər ki, təyyarədə problem var. Bizə burada pis rəftar edirlər, üstəlik heç bir nümayəndə suallarımızı cavablandırmır", - deyə şikayətçi vurğulayıb.

Prime Leasing