SÜJET

Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Rusiyada azərbaycanlılara qarşı vəhşilik
Rövşən Tağıyev İsrail Knessetində xüsusi iclasda çıxış edib

Rövşən Tağıyev İsrail Knessetində xüsusi iclasda çıxış edib

  • 06 avqust 2025, 20:38

Ukrayna Millətlər Assambleyasının sədri seçilmiş Rövşən Tağıyev İsrail-Ukrayna münasibətlərinin gələcək inkişafına həsr olunmuş Knessetdəki xüsusi iclasda çıxış edib.

Yurd.Media xəbər verir ki, tədbir Knesset deputatları Tsvi Yadidiya SukotBoaz Bismutun təşəbbüsü ilə hər iki ölkənin nazirləri, parlament üzvləri və Prezident Ofisinin iştirakı ilə keçirilib. Görüşdə Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak, Ukrayna Ali Radasının deputatları Aleksey QonçarenkoYuriy Kamelçuk, Dünya Ziani Təşkilatının Ukraynadakı nümayəndəsi Naçman Josef Steinberg də iştirak ediblər.

Rövşən Tağıyev çıxışında bildirib ki, İsrail dövləti və xalqı üçün təhlükə yaradan bütün təhlükəsizlik məsələlərini radikal, cərrahi şəkildə həll etdi:

“Təəssüf ki, Ukrayna raket, bomba və dron hücumlarından əziyyət çəkir. Şəhərlərimizin bir hissəsi dağıdılıb. Yalnız indi bir çox Avropa ölkələri oyanmağa başlayır. İsrail dövlətinə və onun simasında - bu üç il ərzində münasibətlərimizi kökündən dəyişən səfir Mixail Brodskiyə böyük təşəkkürümü bildirmək istəyirəm. Dünən səfərim zamanı İsrailin Xarici İşlər Naziri ilə də görüşüm oldu və bu gün İsrailin parlament üzvləri və ictimai xadimləri, həmçinin Ukrayna parlament üzvləri və Prezident Ofisinin nümayəndələri ilə görüşümüz ümid verir ki, gələcəkdə biz birlikdə təkcə mədəni-tarixi deyil, həm də hərbi-siyasi münasibətlərimizi dərinləşdirə və onları yeni, yüksək səviyyəyə çıxara biləcəyik”.

O qeyd edib ki, İsrailə texniki yardım və silahlanma planı təmin etməsi üçün müraciət ediləcək:

“Biz İsrail parlamentindən bu məsələləri qaldırmağı xahiş edirik, çünki artıq anlamaq vaxtıdır. Qarşıda bizim bir çox layihələrimiz var, xüsusilə də iqtisadi layihələr. Bu gün Ukrayna və İsrailin potensialı birləşsə, bu, dövlətlərimiz və xalqlarımız üçün inanılmaz bir irəliləyiş olacaq".

Çıxışdan sonra İsrail tərəfinin nümayəndəsi vurğuladı ki, təqdim edilən məlumat əvvəllər onlara məlum deyildi və mütləq müvafiq dairələrdə müzakirə ediləcək.

Prime Leasing