SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Rusiyanın Kiyevə raket hücumu zamanı Azərbaycan Evinə ziyan dəyib

Rusiyanın Kiyevə raket hücumu zamanı Azərbaycan Evinə ziyan dəyib

  • 01 avqust 2025, 12:01

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə çoxkambinasiyalı hava hücumu zamanı Azərbaycan Evinə ziyan dəyib.

Yurd.Media AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Azərbaycanlıları Radasının direktoru Elşad İbrahimov danışıb.

O bildirib ki, binanın ön və arxa tərəfdən şüşələri qırılıb, jalüz və mebellər zədələnib, xəsarət alan olmayıb.

Qeyd edək ki, iyulun 31-də Rusiya 300-dən çox zərbə dronu və 8 raketlə Ukraynaya hava hücumu edib. Əsas hədəf isə paytaxt Kiyev olub. Şəhərdə yaşayış evlərinə, inzibati binalara və infrastruktura ciddi ziyan dəyib. Burada həlak olanların sayı 28 nəfərə çatıb.

Avqustun 1-i Kiyevdə matəm günü elan edilib.

Kiyev

Prime Leasing