SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Meksikadakı azərbaycanlıların həyatı təhlükədə - MÜRACİƏT EDİLDİ

Meksikadakı azərbaycanlıların həyatı təhlükədə - MÜRACİƏT EDİLDİ

  • 23 fevral 2026, 10:24

Meksikada təhlükəsizlik qüvvələri ilə cinayətkar kartel üzvləri arasında toqquşmalar alovlanıb.

Yurd.Media xəbər verir ki, ölkənin bəzi bölgələrində təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq bu ölkədəki səfirlik Azərbaycan vətəndaşlarına müraciət edib.

Paylaşımda deyilir ki, Meksikada səfərdə olan və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına Xalisko ştatı, eləcə də qonşu Miçioakan, Quanaxuato, Kolima, Aquaskalientes, Zakatekas və Nayarit ştatlarında yerli dövlət orqanları tərəfindən verilən təhlükəsizlik tövsiyələrini diqqətlə izləmələri və onlara ciddi şəkildə riayət etmələri tövsiyə olunur.

“Vətəndaşlarımızdan ayıq-sayıq olmaları, şəxsi təhlükəsizlik qaydalarına əməl etmələri, kütləvi toplaşmalardan və riskli ərazilərdən uzaq durmaları, həmçinin yalnız rəsmi mənbələrdən yayımlanan məlumatları izləmələri xahiş olunur”, - paylaşımda deyilir.

Qeyd edək ki, Meksikanın ən böyük cinayətkar qruplaşmalarından biri olan “Xalisko Yeni Nəsil” kartelinin lideri, "El Menço" ləqəbli Nemesio Oseguera Servantes hərbi əməliyyat nəticəsində öldürülüb. Əməliyyatdan sonra qruplaşma üzvləri Xalisko və digər ştatlarda çoxsaylı nəqliyyat vasitələrini yandırıblar. Təhlükəsizlik qüvvələri ilə kartel üzvləri arasında toqquşmalar baş verib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları