SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Prezident İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edir

Prezident İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edir

  • 19 fevral 2026, 18:43

Vaşinqtonda Sülh Şurasının ilk iclası keçirilir.

Yurd.Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın dəvəti ilə iclasda iştirak edir.

Qeyd edək ki, bu ilin yanvar ayının 22-də Davosda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib.

ABŞ Prezidenti Donald Tramp Qəzza üzrə Sülh Şurasının birinci iclasının açılışında çıxış edərək deyib ki, bu gün əlamətdar gündür və onu çoxları izləyir:

"Xüsusilə başqa ölkələrdən - bildiyiniz kimi, digər dövlətlərin liderləri, çünki burada liderlərin böyük bir qrupu iştirak edir, gələ bilməyənlər isə Zoom vasitəsilə izləyirlər. Ümid edirəm ki, bu, onların xoşuna gələcək. Gördüyümüz iş çox sadədir - sülh. Bu, Sülh Şurası (Board of Peace) adlanır və söhbət tələffüzü asan, lakin həyata keçirilməsi çətin olan sözdən gedir. Sülh. Lakin biz buna nail olacağıq. Biz həqiqətən çox yaxşı iş gördük", - o deyib.

"Bu gün bizimlə olan liderlərdən bəziləri bu ilk il ərzində mənə çox kömək etdilər. Ölkəmizin tarixində bəlkə də heç vaxt olmamış ilk ilimiz oldu", - Tramp bəyan edib.

ABŞ Prezidenti həmçinin İlham Əliyev və Nikol Paşinyana sülh yaratdıqlarına görə təşəkkür edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları