SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Filləri ayaq üstə saxlayan qulaqlarının SİRRLƏRİ

Filləri ayaq üstə saxlayan qulaqlarının SİRRLƏRİ

Fillərin nəhəng qulaqları təbiətin möcüzəsi hesab olunur. Onlar təkcə heyrətamiz ölçüləri ilə deyil, həm də bədən istiliyini tənzimləmək funksiyası ilə seçilir.

Yurd.Media xarici mətbuata istinadən xəbər verir ki, bu qulaqlar onların sağ qalmasına kömək edən həyati bir sistemi rolunu oynayır.

Nəhəng ölçüləri, iti zəkaları, güclü yaddaşları və heyrətamiz qulaqları, filləri təbiətin ən maraqlı canlılarına çevirir.

Xüsusilə Afrika fillərinin qulaqlarının uzunluğu 2 metrə qədər və eni 1 metrdən çox olur, bu da onların bədən uzunluğunun təxminən 17%-ni təşkil edir.

Mütəxəssislərin sözlərinə görə, fillərin bu qədər böyük qulaqlara sahib olması birbaşa onların optimal bədən temperaturunu saxlamaq qabiliyyəti ilə bağlıdır.

İnsanlardan fərqli olaraq, fillərin tər vəziləri demək olar ki, yoxdur.

Bir filin bədən istiliyi yüksəldikdə nazik dərisi və böyük qan damarları vasitəsilə onun qulaqlarına isti qan gəlir. Bu qan qulaqlardakı geniş səth sahəsi sayəsində istiliyi effektiv şəkildə yayır.

Nəticədə, soyudulmuş qan bədənə qayıdır və heyvanın ümumi bədən istiliyinin aşağı düşməsinə kömək edir.

Bəzi tədqiqatlar göstərir ki, fillər uzun məsafələrdən aşağı tezlikli səsləri eşitmək üçün böyük qulaqlarından istifadə edirlər. Bundan əlavə, fillərin ayaqlarındakı xüsusi reseptorlar onlara yerdəki aşağı tezlikli titrəmələri aşkar etməyə imkan verir ki, bu da onlara uzun məsafələrdə ünsiyyət qurmağa kömək edir.

Beləliklə, böyük qulaqlar və həssas ayaqlar birləşərək fillərin ünsiyyət bacarıqlarını gücləndirir.

Prime Leasing