"Azərbaycanlı zəvvarlar vətənə qayıtmaq üçün artıq yola düşüblər".
Yurd.Media xəbər verir ki, bu sözləri "Report"a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri bildirib.
Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə ilk qrup mayın 25-də yola düşmüşdü.
Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri ayrılıb.
***10:21
Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarların ilk qrupu bu gün ölkəyə geri qayıdır.
Bunu Yurd.Media-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sisteminin rəhbəri Vüsal Cahangiri bildirib.
Onun sözlərinə görə, ilk zəvvar qrupu bu gün səhər saatlarında yola çıxıb AZAL təyyarəsi ilə Azərbaycana qayıdacaq:
"Onlar axşam saat 5 radələrində ölkəyə çatacaqlar".
Qeyd edək ki, QMİ bu il 1250 azərbaycanlı zəvvarı mayın 25-dən 31-dək Məkkəyə Həcc ziyarətinə aparıb. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edib. Ziyarət vahid formada təşkil olunub və hava nəqliyyatı ilə həyata keçirilib.
Zəvvarlarımız artıq Həcc ziyarətini başa çatdırıb hacı olublar.