SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
İkinci zəvvar qrupu Ciddə şəhərinə çatıb - YENİLƏNİB

İkinci zəvvar qrupu Ciddə şəhərinə çatıb - YENİLƏNİB

  • 26 may 2025, 15:42

177 nəfərdən ibarət ikinci zəvvar qrupu Ciddə şəhərinə çatıb.

Yurd.Media xəbər verir ki, bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, ikinci zəvvar qrupu 4 qrupdan ibarətdir. İlk qruda 43, ikincisində 45, sonuncusunda isə 44 nəfər var:

“İkinci zəvvar təyyarəsi artıq Ciddəyə çatıb. 2 qrup birbaşa Məkkəyə, digər 2 qrup isə öncə Cöhfəyə, sonra Məkkəyə gedəcək”.

***09:26

Azərbaycandan Həcc ziyarətinə gedən ikinci zəvvar qrupu bu gün Səudiyyə Ərəbistanına yola düşəcək.

Qafqaz Müsəlmanları İdarəsindən Yurd.Media-ya verilən məlumata görə, zəvvarlar bu gün 10:50-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Səudiyyə Ərəbistanına yola salınacaq.

Qeyd edək ki, bu mərhələdə 178 nəfərlik zəvvar qrupu Həcc səfərinə çıxacaq.

Bu il kvota sayı 1200-1300 arası müəyyənləşdirilib. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçirilir.

Prime Leasing