SÜJET

Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir

AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir

  • 23 iyun 2025, 10:20

Azərbaycanın milli aviadaşıyıcısı AZAL avqust ayından etibarən Özbəkistanın Ürgənc şəhərinə müntəzəm reysləri bərpa edəcək. İlk reys 2 avqust tarixində həyata keçiriləcək.

Yurd.Media xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

Uçuşlar həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Ürgənc özünəməxsus kolorit, mədəni atmosfer və ab-havası ilə səyahətsevərlərin maraq göstərdiyi şəhərlərdən biridir. Bu marşrut komfortlu səyahət üçün əlavə imkanlar yaradır.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.

Prime Leasing