Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi UNESCO-ya təyin olundu.
Yurd.Media xəbər verir ki, Fəxrəddin Nəcəf oğlu İsmayılov Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə F.İsmayılov isə Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi təyin edilib.
Eyni zamanda daha bir Sərəncamla Elman Telman oğlu Abdullayev Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.