Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşəcək.
Yurd.Media xəbər verir ki, Mərkəzi Asiya respublikalarının və Azərbaycanın prezidentləri Qırğızıstanda qeyri-rəsmi məsləhətləşmə görüşü keçirəcəklər.
Qırğızıstan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, 2026-cı il iyulun 30-dan avqustun 1-dək İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində Mərkəzi Asiya dövlət başçılarının və Azərbaycan Respublikasının Prezidentinin qeyri-rəsmi məsləhətləşmə görüşü keçiriləcək.
Mətbuat xidmətinin məlumatına görə, dövlət başçıları ticarət, energetika, turizm, nəqliyyat dəhlizlərinin genişləndirilməsi, regionda mədəni-humanitar əlaqələrin inkişafı sahələrində əməkdaşlığın möhkəmləndirilməsi məsələlərini müzakirə edəcək, həmçinin regional təhlükəsizlik və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa dair aktual məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.