SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Medianın dekolonizasiya prosesindəki rolu vurğulanıb

Medianın dekolonizasiya prosesindəki rolu vurğulanıb

  • 11 iyul 2026, 15:46

Media dekolonizasiya prosesinin nəticələrinin beynəlxalq ictimaiyyətə çatdırılmasında və ictimai rəyin formalaşdırılmasında mühüm rol oynayır.

Yurd.Media xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, jurnalistlərin peşəkarlığı, dürüstlüyü və fədakar fəaliyyəti qlobal məlumatlılığın artırılmasına mühüm töhfə verir.

Abbas Abbasov qeyd edib ki, son üç ildə Bakı Təşəbbüs Qrupu (BTQ) müstəmləkəçiliyin nəticələri və dekolonizasiya prosesinin əhəmiyyəti ilə bağlı beynəlxalq məlumatlılığın artırılması istiqamətində mühüm nailiyyətlər əldə edib:

“Bu uğurlarda medianın rolu əvəzsizdir. İctimaiyyətin məlumatlandırılması və dekolonizasiya məsələsinin beynəlxalq gündəmdə saxlanılmasında jurnalistlərin fədakarlığını yüksək qiymətləndiririk”.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları