Macarıstanın aşağı büdcəli aviaşirkəti – “Wizz Air” bu ilin payızından Bakıdan Slovakiyanın paytaxtı Bratislavaya uçuşlar həyata keçirəcək.
Yurd.Media xəbrə verir ki, aviaşirkətin sayında artıq biletlər satışa çıxarılıb.
Birtərəfli uçuş 60-70 ABŞ dollarına başa gəlir.
Təyyarə Bakıdan saat 23:20-də qalxacaq və yerli vaxtla saat 00:50-də enəcək.
Əks istiqamətdə uçuş isə yerli vaxtla saat 15:20-də baş tutacaq və təyyarə saat 22:35-də Bakıda olacaq.