SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Bu gündən daha 2 ölkə vətəndaşları Azərbaycana vizasız gələ biləcəklər

Bu gündən daha 2 ölkə vətəndaşları Azərbaycana vizasız gələ biləcəklər

  • 01 avqust 2026, 20:58

Bu gündən başlayaraq Bosniya və Herseqovina və Sinqapurun ümumvətəndaş pasportuna malik vətəndaşlarının 2027-ci ilin avqustun 1-dək Azərbaycan ərazisinə turizm məqsədilə daxil olması üçün viza tələbi ləğv edilib.

Bu barədə Yurd.Media-ya Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Yeni qaydalara əsasən, həmin ölkələrin vətəndaşları göstərilən müddət ərzində Azərbaycana üç dəfə vizasız gələ və hər gəliş zamanı ölkədə 30 günədək qala bilərlər.

Azərbaycana turizmdən fərqli məqsədlərlə gəlmək və ya burada uzunmüddətli qalmaq niyyətində olan sadalanan ölkə vətəndaşları isə qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq viza əldə etdikdən sonra Azərbaycana gələ bilərlər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları