SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Mehriban Əliyeva, Ayqul Japarova və Ziroatxon Mirziyoyeva sağlamlıq və reabilitasiya mərkəzində - FOTO

Mehriban Əliyeva, Ayqul Japarova və Ziroatxon Mirziyoyeva sağlamlıq və reabilitasiya mərkəzində - FOTO

  • 31 iyul 2026, 21:43

Qırğızıstanda üç ölkənin birinci xanımı uşaqlara tibbi-reabilitasiya xidməti göstərən mərkəzdə olublar.

Yurd.Media xəbər verir ki, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva iyulun 31-də Çolpon-Ata şəhərində Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova və Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva ilə birlikdə “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub.

“Altın-Balalıq” sağlamlıq və reabilitasiya mərkəzi 2022-ci ilin mayından fəaliyyət göstərir. Müəssisənin əsas məqsədi uşaqlara yüksəkkeyfiyyətli tibbi-reabilitasiya xidməti göstərmək və onların istirahətini təmin etməkdir.

Mərkəzdə 800 çarpayılıq 136 otaq var. Hər il yay tətili dövrü Qırğızıstanın bütün bölgələrindən və qonşu ölkələrdən 8 min-8 min 500 uşaq burada fəaliyyət göstərən yay düşərgəsində istirahət edir. Mərkəz hər ilin sentyabrından isə növbəti ilin iyununadək reabilitasiya üçün əlilliyi olan uşaqları qəbul edir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları